BAKI, 19 noyabr. TELEQRAF

Beyləqan rayonunda ölümlə nəticələnən verən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf xəbər verir ki, hadisə noyabrın 17-də rayonunun Bahar qəsəbəsindən keçən avtomobil yolunda qeydə alınıb.

Aslanov Arif Məhəmməd oğlu idarə etdiyi “VAZ-2106” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsini su arxına aşırıb.

Nəticədə sürücü hadisə yerində ölüb, avtomobildə olan sərnişin, 1967-ci il təvəllüdlü Kərimov Həbib Şəmil oğlu isə müxtəlif bədən xəsarətləri alıb.

Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.