BAKI, 27 oktyabr. TELEQRAF
İspaniyanın "Barselona" klubunun futbolçusu Lamin Yamal "Qızıl top" mükafatlandırma mərasimində ən yaxşı gənc oyunçuya verilən "Kopa" titulunu qazanıb.
Teleqraf xəbər verir ki, ispaniyalı vinqer bu mükafatı üst-üstə üçüncü dəfə qazanaraq futbol tarixində bir ilkə imza atıb.
Yamal geridə qalan mövsümdə "Barselona"nın heyətində keçirdiyi 45 rəsmi oyunda 24 qol vurub və 18 məhsuldar ötürmə müəllifi olub. O, kataloniyalıların La Liqa və İspaniya Superkubokunu qazanmasında əsas pay sahiblərindən biri olub.
Gənc ulduz, həmçinin İspaniya milli komandasının heyətində 2026-cı il dünya çempionatının qalibi adını qazanıb.
Mükafat uğrunda mübarizədə onunla yanaşı Pau Kubarsi ("Barselona"), Uorren Zaïr-Emeri (PSJ), Lennart Karl ("Bavariya") Ayub Buaddi ("Mançester Siti"), Kenan Yıldız ("Yuventus"), Yan Diomande ("Real Madrid") kimi gənc istedadlar yer almışdı.
Qeyd edək ki, "Kopa" mükafatı hər il mövsümün ən yaxşı 21 yaşa qədər gənc futbolçusuna təqdim olunur.