BAKI, 27 oktyabr. TELEQRAF

​Fransanın "PSJ" klubu "Qızıl top" mükafatlandırma mərasimində 2026-cı ilin ən yaxşı komandası seçilib.

​Teleqraf xəbər verir ki, Paris təmsilçisi səsvermədə bütün rəqiblərini geridə qoyaraq birinciliyi əldə edib.

​Üst-üstə iki mövsüm UEFA Çempionlar Liqasının qalibi olan "PSJ", geridə qalan mövsümdə nümayiş etdirdiyi üstün oyun və qazandığı titullarla bu mükafata layiq görülüb.

​Qeyd edək ki, parislilər cari mövsümdə "Qızıl top" nominasiyalarında ən çox futbolçu ilə təmsil olunan klublar sırasında birinci idi.