BAKI, 26 oktyabr. TELEQRAF
“Fransa prezident seçkilərinə bir neçə ay qalmış maliyyə böhranının astanasındadır”.
Teleqraf xəbər verir ki, bunu ölkənin keçmiş baş naziri Mişel Barnye deyib.
“Fransa maliyyə böhranının astanasındadır. Bazarlara bir siqnal göndərməliyik”, - o, “Politico”ya açıqlamasında bildirib.
Nəşr Fransadakı vəziyyəti bir-birini daha da dərinləşdirən büdcə və sosial böhranların yaratdığı “qapalı dövrə” kimi xarakterizə edir.
Bundan əlavə, investorları prezident seçkilərində populist siyasətçilər Marin Le Penin və ya Jan-Lük Melanşonun qalib gəlməsi ehtimalı da narahat edir. Nəşrin yazdığına görə, hər iki siyasətçi pensiya yaşını aşağı salmağı və bu məqsədlə milyardlarla avro vəsait xərcləməyi vəd edir.
“Bıçaq boğazımıza dirənib, artıq axan qanın damcılarını hiss edirik. Etirazçıların narazılığını eşitdiyimizi göstərməliyik. Amma bazardakı vəziyyəti nəzərə alsaq, manevr imkanlarımız məhduddur”, - Fransa hökumətinin üzvlərindən biri anonimlik şərti ilə nəşrə bildirib.