BAKI, 19 oktyabr. TELEQRAF

UEFA Çempionlar Liqasının liqa mərhələsinin III turunda Bakıda “Sabah”la qarşılaşacaq Almaniyanın “Borussiya Dortmund” klubu oyundan öncə son məşqinə çıxıb.

Teleqraf xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən hazırlıq prosesinin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olub.

Qeyd edək ki, oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” – “Borussiya Dortmund” oyunu saat 20:45-də start götürəcək. Matçın baş hakimi ispaniyalı Xavyer Alberola Roxas olacaq.