BAKI, 19 oktyabr. TELEQRAF

“Biz bütün oyunları udmaq istəyirik”.

Teleqraf xəbər verir ki, bunu “Sabah”ın futbolçusu Akim Zedatka UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda Almaniyanın “Borussiya Dortmund” klubu ilə oyundan əvvəl keçirilən mətbuat konfransında deyib.

Futbolçu qələbəyə kökləndiklərini bildirib:

“Biz bütün oyunları udmaq istəyirik. Evdə, azarkeşlərimizin qarşısında oynayacağıq. Amma yaxşı bilirik ki, hansı rəqiblə qarşılaşacağıq. Çempionlar Liqasında asan oyun olmur. Biz meydanda oyundan zövq almaq istəyirik”.

Qeyd edək ki, oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” – “Borussiya Dortmund” matçı saat 20:45-də başlayacaq.