BAKI, 19 oktyabr. TELEQRAF
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda Bakıda Almaniyanın “Borussiya Dortmund” klubunu qəbul edəcək “Sabah” oyundan əvvəl son məşqinə çıxıb.
Teleqraf xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən məşqin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olub.
Qeyd edək ki, oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” – “Borussiya Dortmund” oyunu saat 20:45-də başlayacaq. Qarşılaşmanın baş hakimi ispaniyalı Xavyer Alberola Roxas olacaq.