BAKI, 26 iyun. TELEQRAF

Niderlandlı futbolçu Mats Qrotenbreq 28 yaşında faciəvi şəkildə həyatını itirib.

Teleqraf RTL-ə istinadən xəbər verir ki, o, Mukerplas gölündə üzərkən qayıqla toqquşmadan sonra dünyasını dəyişib.

Hadisə ilə bağlı bir nəfər şübhəli şəxs saxlanılıb. Hazırda insidentin başvermə səbəbləri polis tərəfindən araşdırılır.

Qrotenbreq futbol karyerasının ən yaddaqalan anını 2023-cü ilin dekabrında yaşayıb. O, həvəskar “USV Herkules” klubunun heyətində Niderland Kubokunun “Ayaks”la oyununda əlavə vaxtda vurduğu qələbə qolu ilə komandasına 3:2 hesablı sensasiyalı qələbə qazandırıb.

Qeyd edək ki, Mats Qrotenbreq futboldan kənarda da tanınan sima olub. O, Niderlandda yayımlanan məşhur realiti-şoularda iştirak edib.