BAKI, 3 iyun. TELEQRAF

İngiltərə yığmasının sabiq kapitanı Devid Bekhem Hollivudun “Şöhrət xiyabanı”nda şəxsi ulduz veriləcək.

Teleqraf xəbər verir ki, təntənəli açılış mərasimi iyunun 12-də Los-Ancelesdə keçiriləcək.

Hollivud Ticarət Palatasının məlumatına görə, tədbirdə məşhur aktyor Tom Kruz və keçmiş futbolçunun həyat yoldaşı Viktoriya Bekhem də iştirak edəcəklər. Ulduzun açılışı ABŞ yığmasının DÇ-2026 çərçivəsində Paraqvayla keçirəcəyi oyun gününə təsadüf edəcək.

Xatırladaq ki, dünya çempionatı ABŞ, Meksika və Kanadada təşkil olunur.

Qeyd edək ki, Bekhem İngiltərə millisinin heyətində 115 oyun keçirib. O, karyerası ərzində “Mançester Yunayted”, “Real Madrid”, “Milan”, PSJ və “Los-Anceles Qelaksi”nin formasını geyinib. Sabiq yarımmüdafiəçi İngiltərə, İspaniya və Fransa çempionatlarının qalibi olub, həmçinin 1999-cu ildə UEFA Çempionlar Liqasını qazanıb.