BAKI, 23 may. TELEQRAF

"Barselona" Osloda keçirilən Çempionlar Liqasının finalında "Lion"u 4-0 hesabı ilə məğlub etdi.

Teleqraf xəbər verir ki, qolları Eva Pajor (55, 69) və Salma Paraluelo (90, 90+3) vurub.

"Barselona" Qadınlar arasında Çempionlar Liqasının qalibi adını dördüncü dəfə qazanıb. Komanda daha əvvəl 2021, 2023 və 2024-cü illərdə turnirin qalibi olub. Klubun qələbələrinin ümumi sayı Almaniyanın "Ayntraxt Frankfurt" komandası ilə eynidir və yalnız "Lion"dan (səkkiz) geri qalır. Fransa komandası 2022-ci ildən bəri bu yarışda qalib gələ bilməyib.