SUMQAYIT, 23 may. TELEQRAF

Azərbaycan Premyer Liqasının XXXIII turunda “Kəpəz” və “Neftçi” komandaları üz-üzə gəlib.

Teleqraf xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Baş hakim Vüqar Həsənlinin idarə etdiyi görüşdə yeganə qolu 54-cü dəqiqədə Freddi Varqas vurub.

Qarşılaşmanın 65-ci dəqiqəsində “ağ-qaralar”ın futbolçusu İfeanyi Metyu qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

Beləliklə, ötən tur avrokuboklara vəsiqəni təmin edən Yuri Vernidubun komandası xalını 59-a çatdırıb. Azər Bağırovun rəhbərlik etdiyi kollektiv isə mövsümü 27 xalla 10-cu pillədə başa vurub.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında mövsümə mayın 24-də yekun vurulacaq.