BAKI, 23 may. TELEQRAF
“Real Madrid”in iki futbolçusu bu gün komanda ilə son matçına çıxacaq.
Teleqraf xəbər verir ki, söhbət Daniel Karvaxal və David Alabadan gedir.
İspaniya mətbuatının məlumatına görə, Madrid təmsilçisinin baş məşqçisi Alvaro Arbeloa La Liqanın son turunda “Atletik”lə keçiriləcək oyunda hər iki futbolçuya start heyətində şans verəcək.
Mövsümün sonunda azad agent kimi komandadan ayrılacaq Karvaxal və Alaba “Santyaqo Bernabeu” azarkeşləri ilə vidalaşacaqlar.
Bu qarşılaşmanın Alvaro Arbeloa üçün də “Real Madrid”in baş məşqçisi kimi son oyun olacağı gözlənilir.
Qeyd edək ki, “Real Madrid” – “Atletik” matçı Bakı vaxtilə saat 23:00-da başlayacaq.