BAKI, 23 may. TELEQRAF

Türkiyə Super Kubokunda 2025/2026 mövsümünün cütlükləri bəlli olub.

Teleqraf xəbər verir ki, bu, Türkiyə Kubokunun final matçından sonra dəqiqləşib.

Həlledici görüşdə “Trabzonspor” “Konyaspor”la qarşılaşıb. Qarşılaşma "bordo-mavilər"in 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Türkiyə Kubokunun yekun nəticəsinə əsasən Türkiyə Superkubokunda cütlüklər də formalaşıb.

Yarımfinal mərhələsində “Qalatasaray” “Konyaspor”la, “Fənərbağça” isə “Trabzonspor”la üz-üzə gələcək.

Qeyd edək ki, Superkubok matçlarının vaxtı yaxın günlərdə dəqiqləşəcək.