BAKI, 23 may. TELEQRAF

"Lans" futbol üzrə Fransa Kubokunun qalibi olub.

Teleqraf xəbər verir ki, final oyununda “Lans” Nitsanı 3:1 hesabı ilə məğlub edib.

Qalib komandanın qollarını Floryan Toven, Odson Eduar və Abdalla Sima vurublar. “Nitsa”nın yeganə qoluna isə Cibril Kulibali imza atıb.

Qeyd edək ki, “Lans” tarixində ilk dəfə Fransa Kubokunu qazanıb. Komanda bundan əvvəl üç dəfə finala yüksəlsə də, titul əldə edə bilməmişdi.