BAKI, 22 may. TELEQRAF
Türkiyə Kubokunda final oyunu keçirilib.
Teleqraf xəbər verir ki, həlledici qarşılaşmada “Trabzonspor” və “Konyaspor” üz-üzə gəlib.
Matç Trabzon təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
“Trabzonspor”un heyətində Pol Onuaçu dubl edib. Nigeriyalı hücumçu 17-ci dəqiqədə hesabı açıb, 78-ci dəqiqədə isə penaltidən fərqlənərək komandasına kuboku qazandırıb.
“Konyaspor”un yeganə qoluna 49-cu dəqiqədə Cekson Muleka imza atıb.
Beləliklə, klub tarixində ümumilikdə 17 dəfə final oynayan “Trabzonspor” 10 dəfə Türkiyə Kubokunun qalibi olub.
Qeyd edək ki, komanda sonuncu dəfə 2019/2020 mövsümündə titulu qazanmışdı.