BAKI, 23 may. TELEQRAF

Azərbaycan Premyer Liqasında XXXIII turun növbəti oyunları keçiriləcək.

Teleqraf xəbər verir ki, mayın 23-də azarkeşlər iki qarşılaşmaya şahidlik edəcəklər.

Günün ilk matçında “Kəpəz” “Neftçi”ni qəbul edəcək. Görüş saat 15:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq.

Digər qarşılaşmada isə “Araz-Naxçıvan” “Zirə” ilə üz-üzə gələcək. "SOCAR Polymer Arena"da keçiriləcək oyun saat 19:00-da start götürəcək.

Azərbaycan Premyer Liqası

XXXIII tur

23 may

15:00. "Kəpəz" – "Neftçi"

Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Zöhrab Abbasov, Əli Əliyev.

VAR: Elçin Məsiyev.

AVAR: Kamran Bayramov.

Hakim-inspektor: Orxan Məmmədov.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

19:00. "Araz-Naxçıvan" – "Zirə"

Hakimlər: Əkbər Əhmədov, Akif Əmirəli, Zeynal Zeynalov, İslam M.əmmədov.

VAR: Kamal Umudlu.

AVAR: Asiman Əzizli.

Hakim-inspektor: İmanxan Sultani.

"SOCAR Polymer Arena"