BAKI, 23 may. TELEQRAF

“Fənərbağça”da prezident seçkiləri öncəsi baş məşqçi məsələsi gündəmdə qalmaqda davam edir.

Teleqraf yerli mətbuata istinadla xəbər verir ki, Domeniko Tedeskonun klubdan ayrılmasından sonra adı İstanbul nəhəngi ilə hallanan İsmail Kartal gələcəyi barədə danışıb.

Türkiyəli mütəxəssis iki klubdan təklif aldığını bildirib:

“Xaricdən iki təklif aldım. Biri Avropadan, digəri isə Ərəbistan yarımadasındandır. Proses davam edir, hələlik yekunlaşan heç nə yoxdur”.

İsmail Kartal ona “Fənərbağça”dan təklif gəlməsi ilə bağlı iddialara da münasibət bildirib:

“Nə Aziz Yıldırımdan, nə də Hakan Safidən təklif almışam. Həyatımda Hakan Safi ilə heç vaxt danışmamışam. Bir-birimizi yalnız uzaqdan tanıyırıq".

Qeyd edək ki, İsmail Kartal 2014/15 və 2021/2022 - 2023/2024 mövsümlərində “Fənərbağça”da baş məşqçi kimi çalışıb.