BAKI, 22 may. TELEQRAF
“Sabah” Azərbaycan Premyer Liqasında cari mövsüm son oyununu keçirib.
Teleqraf xəbər verir ki, Masazır təmsilçisi XXXIII tur çərçivəsində “Turan Tovuz”la qarşılaşıb.
Görüş “bayquşlar”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. “Sabah”ın heyətində Aron Maluda 15-ci, Xəyal Əliyev isə 64-cü dəqiqədə fərqlənib.
“Turan Tovuz”un yeganə qoluna 86-cı dəqiqədə Ayxan Hüseynov imza atıb.
Bu nəticədən sonra turnir cədvəlinin lideri olan “Sabah” xallarının sayını 78-ə çatdırıb. Üçüncü pillədə qərarlaşan “Turan Tovuz” isə 59 xalda qalıb.