BAKI, 22 may. TELEQRAF

I Liqaya vəsiqə uğrunda pley-off oyununun nominal meydan sahibinin müəyyənləşdirilməsi məqsədilə püşkatma mərasimi keçirilib.

Teleqraf xəbər verir ki, “Şimal” nominal meydan sahibi olub və nominal meydan sahibi kimi bütün təşkilati məsələləri həyata keçirəcək.

PFL-in qərarına əsasən, I Liqa uğrunda pley-off oyunu 27 may tarixində Şamaxı şəhər stadionunda keçiriləcək.