BAKI, 22 may. TELEQRAF

İngiltərə millisinin 2026-cı il dünya çempionatı üçün heyəti açıqlanıb.

Teleqraf xəbər verir ki, siyahıda Harri Keyn, Cud Bellingem, Bukayo Saka, Deklan Rays və Fil Foden kimi ulduz futbolçular yer alıb.

Qapıçı mövqeyində Din Henderson, Cordan Pikford və Ceyms Traffordun adları diqqət çəkib. Müdafiə xəttində Con Stounz, Ris Ceyms, Mark Qehi, Dan Bern, Ezri Konsa, Tino Livramento, Niko O’Rayli, Jarell Kuansa və Djed Spens yer alıblar.

Yarımmüdafiədə Cud Bellingem, Deklan Rays, Cordan Henderson, Kobbi Mainu, Elliot Anderson, Ebereçi Eze və Morqan Rocersə şans verilib.

Hücum xəttində isə Harri Keynlə yanaşı, Entoni Qordon, Noni Madueke, Markus Reşford, Ayvan Touni, Bukayo Saka və Olli Uotkins də heyətə daxil edilib.

Qeyd edək ki, DÇ-2026 ABŞ, Kanada və Meksikada keçiriləcək.