BAKI, 22 may. TELEQRAF

Dünya çempionatı ərəfəsində ABŞ millisinin heyətində ciddi itki baş verib.

Teleqraf xəbər verir ki, müdafiəçi Kris Riçards sıradan çıxıb.

"Kristal Pelas"ın futbolçusu dizindən ciddi zədə alıb.

26 yaşlı mərkəz müdafiəçisi gələn ay başlayacaq dünya çempionatında iştirak edə bilməyəcək.

Qeyd edək ki, ABŞ yığması DÇ-2026-nın D qrupunda Paraqvay, Avstraliya və Türkiyə ilə mübarizə aparacaq.