BAKI, 21 may. TELEQRAF
Çin Futbol Assosiasiyası rüşvətxorluq və oyun sövdələşməsində günahlandırılan 17 nəfəri ömürlük futboldan kənarlaşdırıb.
Teleqraf xəbər verir ki, bu barədə "South China Morning Post" qəzetin məlumat yayıb.
Daha 48 nəfər beş ilə qədər müddətə diskvalifikasiya olunub.
2024-cü ilin sentyabr ayında Çin Futbol Assosiasiyası qumar və danışılmış oyunlara görə 43 nəfərin futbolla əlaqəli fəaliyyətlərdən ömürlük uzaqlaşdırıldığını açıqlayıb.