BAKI, 21 may. TELEQRAF

Türkiyə Futbol Federasiyası gələn mövsümdən etibarən tətbiq olunacaq yeni legioner qaydasını açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məkumat yayıb.

Yeni qaydalara əsasən, Superliqada “10+4” sistemi tətbiq ediləcək.

Belə ki, klublar heyətində 10 əcnəbi futbolçunu heç bir şərt olmadan qeydiyyatdan keçirə biləcək.

Bundan əlavə, daha 4 legionerin isə 2003-cü il və ya daha sonrakı tarixdə anadan olması məcburi olacaq.