BAKI, 21 may. TELEQRAF
“Mançester Yunayted”in yarımmüdafiəçisi Kazemiro İngiltərə Premyer Liqasının son turunda “Brayton”a qarşı keçiriləcək oyunda komandaya kömək edə bilməyəcək.
Teleqraf xəbər verir ki, braziliyalı futbolçu mövsümün son ev oyununda - “Nottinqem Forest”lə matçdan sonra “Old Trafford” azarkeşləri ilə vidalaşıb.
Məlumata görə, həmin qarşılaşma təcrübəli yarımmüdafiəçinin “Mançester Yunayted”in heyətində son oyunu olub. O, “Brayton”la matçda meydana çıxmayacaq.
Yayda müqaviləsi başa çatan Kazemiro “Mançester Yunayted”dən azad agent kimi ayrılacaq.