BAKI, 20 may. TELEQRAF
Türkiyə Kubokunda mövsümün həlledici matçına hakim təyinatları açıqlanıb.
Teleqraf xəbər verir ki, Türkiyə Futbol Federasiyası “Konyaspor” – “Trabzonspor” finalını Halil Umut Melerə həvalə edib.
Təcrübəli referiyə yan xətt hakimləri qismində İbrahim Çağlar Uyarcan və Bersan Duran kömək edəcəklər.
Qeyd edək ki, Türkiyə Kubokunun final qarşılaşması mayın 22-də keçiriləcək. “Konyaspor” – “Trabzonspor” oyunu Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.