BAKI, 13 may. TELEQRAF

Futbol üzrə Azərbaycan Kubokunda 2025/2026 mövsümünün qalibi müəyyənləşib.

Teleqraf xəbər verir ki, final görüşündə “Sabah” və “Zirə” komandaları üz-üzə gəlib.

“Palms Sports Arena”da keçirilən qarşılaşma “bayquşlar”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

FIFA referisi Elçin Məsiyevin idarə etdiyi oyunda qolları Eren Aydın (4-cü dəqiqə), Patrik Mbina (70-ci dəqiqə) və Coy-Lens Mikels (90+2-ci dəqiqə) vurublar.

Qeyd edək ki, “Zirə” 3-cü dəfə ölkə kubokunun finalında məğlub olub. “Sabah” isə 9 illik tarixində 2-ci dəfə kuboku qazanıb, ilk dəfə isə “qızıl dubl” müəllifi olub.

21:50

***

Azərbaycan Kubokunun finalında "Sabah" hesabı açıb.

Teleqraf xəbər verir ki, Masazır təmsilçisinin qolunu 90+2-ci dəqiqədə Coy Lens Mikels vurub.

***

21:30

Azərbaycan Kubokunun finalında hesab bərabərləşir.
Teleqraf xəbər verir ki, 70-ci dəqidə “Sabah”ın futbolçusu Patrik Mbina bərabərlik qolunun müəllifi olub.

21:08

***

Azərbaycan Kubokunun "Sabah" və "Zirə" komandaları arasında keçirilən final oyununda ikinci hissə başlayıb.

Teleqraf xəbər verir ki, "Palms Sports Arena"da keçirilirən qarşılaşmada "qartallar"ın 1:0 hesablı üstünlüyü davam edir.

Görüşü FIFA referisi Elçin Məsiyev idarə edir.

***

20:48
Futbol üzrə Azərbaycan Kubokunun final mərhələsində baş tutan “Sabah” - “Zirə” matçında ilk hissə başa çatıb.

Teleqraf xəbər verir ki, “Palms Sport Arena”da baş tutan görüşdə hesab 1:0 “qartallar”ın xeyrinədir.

Hesabı 4-cü dəqiqədə Eren Aydın vurub.

***

20:05

“Zirə” hesabı açıb.

Teleqraf xəbər verir ki, 4-cü dəqiqədə Eren Aydın fərqlənib.

***

19:59

Futbol üzrə Azərbaycan Kubokunun final matçı start götürüb.

Teleqraf xəbər verir ki, Azərbaycan Premyer Liqası çempionu "Sabah" "Zirə" ilə üz-üzə gəlir.

“Palms Sport Arena”da baş tutan görüşü FIFA referisi Elçin Məsiyevin idarə edir.