BAKI, 13 may. TELEQRAF

Bu gün Azərbaycan Kubokunun final matçı keçiriləcək.

Teleqraf xəbər verir ki, həlledici oyunda son çempion “Sabah”la “Zirə” üz-üzə gələcək.

“Palms Sports Arena”da baş tutacaq görüşü FIFA referisi Elçin Məsiyev idarə edəcək. Qarşılaşma saat 20:00-da start götürəcək.

“Sabah” kuboku da qazanacağı halda, tarixində ilk dəfə “qızıl dubl”a imza atacaq. “Zirə” isə avrokuboklardan kənarda qalmamaq üçün mütləq kuboku qazanmalıdır.

Azərbaycan Kuboku
Final
13 may

20:00. “Sabah” – “Zirə”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əli Əliyev
VAR: Tural Qurbanov
AVAR: Rəhman İmami
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Anar Şıxəliyev

“Palms Sports Arena”

Qeyd edək ki, 2024/2025 mövsümündə “Sabah” əlavə vaxtda “Qarabağ”ı 3:2 hesabı ilə məğlub edərək tarixində ilk dəfə Azərbaycan Kubokunun qalibi olub. “Zirə” isə bunadək 2 dəfə finala vəsiqə əldə etsə də, kuboku qazana bilməyib.