BAKI, 1 aprel. TELEQRAF

Azərbaycan millisi FIFA reytinqində üç pillə irəliləyib.

Teleqraf qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu, Azərbaycan yığmasının "FIFA Series – 2026" beynəlxalq turnirində qalibi olduqdan sonra baş verib.

Ayxan Abbasovun baş məşqçisi olduğu yığma 1136.67 əmsalla 124-cü pilləyə yüksəlib.

Reytinqin ilk pilləsində1877.32 xalla Fransa yer alıb. İkinci pilləsi 1876.40 İspaniya, üçüncü yerdə isə 1874.81 Argentina qərarlaşıb.