BAKI, 31 mart. TELEQRAF

İtaliyanın “Yuventus” klubu yayda İspaniyanın “Barselona” klubunun ulduz futbolçusu Robert Levandovskini heyətinə qatmaq niyyətindədir.

Teleqraf İtaliya mətbuatına istinadən xəbər verir ki, 37 yaşlı polşalı oyunçu yaxşı təklif alsa, Kataloniya klubundan ayrılmaq niyyətindədir.

Levandovskinin gələcəyi aprel-may aylarında baş məşqçi Hansi Flik ilə yekun görüş zamanı müəyyən olunacaq. Əgər “Barselona” əmək haqqını azaltmaq qərarına gəlsə, “Yuventus” onu azad agent kimi transfer edə bilər.

Qeyd edək ki, Robert Levandovski 2022-ci ildən “Barselona”da çıxış edir və onun Kataloniya klubu ilə müqaviləsi 2026-cı ilin iyununda başa çatır.