BAKI, 21 mart. TELEQRAF
Bu gün Azərbaycan Premyer Liqasında XXV tura yekun vurulacaq.
Teleqraf xəbər verir ki, turun son oyun günündə bir qarşılaşma keçiriləcək.
“Turan Tovuz” klubu Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda “Qəbələ”ni qəbul edəcək.
FIFA referisi Kamal Umudlunun idarə edəcəyi görüşün start fiti saat 16:00-da səslənəcək.
Qeyd edək ki, turun digər oyunlarında “Araz-Naxçıvan” səfərdə “Şamaxı”nı, “Zirə” “Karvan-Yevlax”ı, “Kəpəz” isə evdə “Qarabağ”ı eyni - 1:0 hesabı ilə məğlub edib. Lider “Sabah” “Sumqayıt”ı 3:1, “Neftçi” isə “İmişli”ni 6:0 hesabı ilə üstələyib.