BAKI, 12 fevral. TELEQRAF

UEFA-nın 51-ci Konqresinin keçiriləcəyi ölkə müəyyənləşib.

Teleqraf xəbər verir ki, Belçikanın paytaxtı Brüsseldə baş tutan 50-ci Konqresdə qəbul olunan qərara görə, tədbir Qazaxıstanın paytaxtı Astanada baş tutacaq.

Mərasim 2027-ci il martın 4-də təşkil olunacaq. Həmin Konqresdə quruma prezident seçkiləri keçiriləcək.