BAKI, 11 fevral. TELEQRAF

"Turan Tovuz" Azərbaycan Premyer Liqasında 25-ci qələbəsini qazanıb.

Teleqraf PFL-in rəsmi saytına istinadən xəbər verir ki, qərb təmsilçisi buna XIX turda “Karvan-Yevlax”ı 1:0 hesabı ilə məlub etdikləri matçda nail olub.

"Bozqurdlar" bununla da 63-cü ev sınağında 25-ə çatıb. Tovuz klubu ölkə çempionatlarında ən azı 25 ev qələbəsi əldə edən 30-cu komandadır.

Qeyd edək ki, “Turan Tovuz” 2022/23 mövsümündə debüt etdiyi Premyer Liqada ilk ev qələbəsini “Kəpəz” üzərində qazanıb. 2022-ci il sentyabrın 9-da keçirilən matçda meydan sahibləri 2 qola seviniblər.