BAKI, 10 fevral. TELEQRAF
Fransa təmsilçisi “Monako”nun futbolçusu Ansu Fatinin qardaşı ilə bağlı mümkün cinayət işi üzrə araşdırma başlanıb.
Teleqraf ABC nəşrinə istinadən xəbər verir ki, Niderland vətəndaşı olan bir qadın “Barselona”nın futbolçusu Lamin Yamalın evində cinsi zorakılığa məruz qaldığını iddia edib.
Belə ki, fevralın 7-də qız gecə klubunda keçirilən əyləncədə Ansu Fatinin qardaşı Fatinyonun da iştirak etdiyi məclisə qatılıb. Daha sonra şirkət Barselonadakı evlərin birinə yollanıb.
Qadın hadisənin Lamin Yamalın evində baş verdiyini iddia etsə də, “Barselona” klubu bu məlumatı təkzib edib. Hazırda istintaq yalnız qadının ifadələri əsasında aparılır.
Qeyd edək ki, Ansu Fati ötən ilin yayında 1 illik icrə əsasında “Barselona”dan “Monako”ya keçib.