BAKI, 1 fevral. TELEQRAF
İngiltərənin “Liverpul” klubu cari transfer pəncərəsində müdafiə xəttini gücləndirmək niyyətindədir.
Teleqraf məşhur insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, Mersisayd təmsilçisinin əsas hədəfi Niderland millisinin futbolçusu Lütsharel Gertrüydadır.
Hazırda İngiltərənin digər təmsilçisi “Sanderlend”də icarə əsasında çıxış edən 25 yaşlı müdafiəçi müqavilə ilə Almaniyanın “Leypsiq” klubuna məxsusdur.
“Liverpul” artıq transferlə bağlı ilkin danışıqlara başlayıb. “Qırmızılar”ın baş məşqçisi Arne Slot oyunçunu “Feyenoord”dan yaxşı tanıyır və onu sərəncamında görmək istəyir.