BAKI, 28 yanvar. TELEQRAF

İngiltərənin “Liverpul” klubunun futbolçusu Keyrol Figeroa Portuqaliyanın “Portu” komandasına keçməyə yaxındır.

Teleqraf yerli mətbuata istinadən xəbər verir ki, tərəflər 19 yaşlı hücumçunun icarəsi barədə danışıqlar aparır.

Mersisayd təmsilçisinin planı Figeroa ilə yeni müqavilə imzalayıb, onu təcrübə qazanması üçün icarəyə göndərməkdir. Lakin “Portu” rəhbərliyi müqaviləyə 4 milyon avroluq satınalma bəndi əlavə etmək niyyətindədir.

Qeyd edək ki, Keyrol Figeroa bu mövsüm “Liverpul”un U-21 komandasında 12 oyunda 11 qol müəllifi olub.