BAKI, 16 yanvar. TELEQRAF

Əfsanəvi futbolçu Rud van Nistelrooy Niderland millisinin məşqçilər korpusunda yer alacaq.

Teleqraf Niderland Futbol İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis baş məşqçi Ronald Kumanın köməkçisi olacaq.

O, fevralın 1-dən yeni işinə başlayacaq.

Van Nistelrooyun son vəzifəsi 2024-cü ilin dekabrından 2025-ci ilin iyununa qədər çalışdığı İngiltərənin "Lester Siti" klubu olub.

Qeyd edək ki, Rud van Nistelrooy futbolçu kimi milli komandanın heyətində iştirak etdiyi 70 oyunda 35 qol vurub.