İtaliyanın "Roma" klubu İngiltərə "Aston Villa"sından futbolçu Doniyell Maleni heyətinə qatıb.
Teleqraf xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
"Canavarlar" Niderland millisinin üzvünü mövsümün sonuna qədər icarəyə götürüb. "Roma" 26 yaşlı hücumçunu tam transfer etmək hüququna da malikdir.
Qeyd edək ki, Doniyell Malen 2025-ci ilin yanvarından "Aston Villa"da çıxış edir. O, cari mövsüm ərzində meydana çıxdığı 29 oyunda 7 qol vurub və iki məhsuldar ötürmə edib.