BAKI, 15 yanvar. TELEQRAF

İngiltərənin "Liverpul" klubu futbolçusu Kelvin Remzini komandada saxlamaq qərarına gəlib.

Teleqraf yerli mətbuata istinadən xəbər verir ki, buna səbəb Mersisayd təmsilçisinin Remzi ilə eyni mövqedə çıxış edən oyunçusu Konor Bredlinin uzun müddətə sıradan çıxmasıdır.

"Qırmızılar"ın baş məşqçisi 22 yaşlı müdafiəçinin komandada saxlanılmasını rəhbərlikdən tələb edib.

Qeyd edək ki, Kelvin Remzi mövsümün ilk yarısını icarə əsasında Şotlandiyanın "Kilmarnok" klubunda keçirib.