BAKI, 13 yanvar. TELEQRAF

Fransa millisinin sabiq futbolçusu Mamadu Sako karyerasını bitirib.

Teleqraf xəbər verir ki, 35 yaşlı müdafiəçi qərarını PSJ ilə “Paris” arasında keçirilən Fransa Kubokunun 1/32 final matçından öncə meydanda elan edib.

Sako PSJ-nin yetirməsidir. O, həmçinin İngiltərədə “Liverpul”la “Kristal Pelas”, eləcə də Fransada “Monpelye” komandalarınında da oynayıb. Sakonun son klubu Gürcüstan təmsilçisi “Torpedo Kutaisi” olub.

Qeyd edək ki, Mamadu Sako Fransa millisində 29 oyunda iştirak edib və iki qol vurub.