BAKI, 8 yanvar. TELEQRAF
İngiltərənin "Liverpul" klubu tərəfindən UEFA Çempionlar Liqasının sonuncu - VIII turunda "Qarabağ"la keçiriləcək oyunda azərbaycanlı azarkeşlərə ayırdığı bilet sayı məlum olub.
Ağdam təmsilçisinin mətbuat katibi Anar Hacıyevin Teleqraf-a verdiyi məlumata görə, komandanı "Enfild" stadionunda 1250 nəfər azarkeş dəstəkləyəcək.
Qarşılaşma yanvarın 28-də baş tutacaq.
Qeyd edək ki, İngiltərə mətbuatında daha öncə "Qarabağ" tərəfdarları üçün 2000 nəfərlik yerin ayrıldığı, yerli azarkeşlərin oyuna böyük marağına görə isə bu sayın azaldıldığı barədə xəbərlər yayılıb. Anar Hacıyev bu barədə məlumatlı olmadığını bildirib.