BAKI, 29 dekabr. TELEQRAF
İngiltərə Premyer Liqası təmsilçisi “Mançester Siti” “Bornmut”un futbolçusu Antuan Semenyonun transferini yaxın vaxtlarda rəsmiləşdirə bilər.
Teleqraf xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesablarında məlumat yayıb.
"Şəhərlilər”in rəhbərliyi futbolçunun keçidi ilə bağlı yekun cavabı mümkün qədər qısa müddətdə almaq niyyətindədir.
Eyni zamanda “Mançester Yunayted” oyunçuya marağını hələ də qoruyub saxlayır. “Liverpul” da Semenyo uğrunda mübarizədə yer alsa da, “Çelsi” artıq transfer yarışından çəkilib.
Transfermarkt portalının məlumatına əsasən, Antuan Semenyonun bazar dəyəri 65 milyon avro təşkil edir.
Xatırladaq ki, 25 yaşlı hücumçu cari mövsümdə bütün turnirlər üzrə 18 oyunda meydana çıxıb, 9 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.