BAKI, 17 sentyabr. TELEQRAF

Cari ilin yanvar-iyul aylarında 22130 nikaha daxilolma və 11678 boşanma halları qeydə alınıb.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,6-dan 3,7-yə düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,0) qalıb.