BAKI, 17 sentyabr. TELEQRAF

Yaponiyadan gətirilən “Aranami Samurai Salt” əmtəə nişanlı ədviyyatlı dəniz duzu məhsullarında uyğunsuzluq aşkarlanıb.

Teleqraf xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, məhsullar "PTP AZEL" MMC tərəfindən idxal edilib.

"Nəzarət tədbirləri çərçivəsində AQTA tərəfindən məhsul partiyasından götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində yodun miqdarının normadan aşağı olduğu müəyyən edilib.

Bununla əlaqədar, qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, ümumi çəkisi 22,6 kq istehlaka yararsız məhsul məhv edilib", - məlumatda qeyd olunub.