BAKI, 17 sentyabr. TELEQRAF
Binəqədi-Novxanı yolunda hərəkət iflicinə səbəb olan ağır qəza qeydə alınıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, yolun hərəkət hissəsində “Ford” markalı avtomobillə yük maşını toqquşub.
Güclü toqquşma nəticəsində yük avtomobili aşıb.
İlkin məlumata görə, qəza zamanı xəsarət alanlar var. Hadisə yerinə təcili tibbi yardım və digər aidiyyəti xidmətlərin əməkdaşları cəlb olunub.
Qəza ilə bağlı araşdırma aparılır.