BAKI, 27 dekabr. TELEQRAF
“Qarabağ”ın UEFA Çempionlar Liqasının VIII turunda rəqibi olan “Liverpul”un misirli futbolçusu Məhəmməd Salah “Fənərbağça”ya keçməyəcək.
Teleqraf xəbər verir ki, bu barədə onun agenti Rami Abbas açıqlama verib.
O bildirib ki, Salah ya “Liverpul”da qalacaq, ya da Səudiyyə Ərəbistanına transfer olunacaq.
Qeyd edək ki, Məhəmməd Salahın “Liverpul”la müqaviləsi 2027-ci ilə qədər qüvvədədir. “Qarabağ”la “Liverpul” yanvarın 28-də qarşılaşacaq.