BAKI, 27 dekabr. TELEQRAF
İngiltərənin “Mançester Yunayted” klubu İspaniya təmsilçisi “Real Madrid”in futbolçusu Cud Bellinqemi transfer etməkdə maraqlıdır.
Teleqraf “OK Diario” nəşrinə istinadən xəbər verir ki, ingilislər Madrid təmsilçisinə rəsmi təklif hazırlayır.
“Mançester Yunayted” 22 yaşlı yarımmüdafiəçi üçün 200 milyon avro ödəməyə hazırdır. Klub ulduz yarımmüdafiəçini 2026-cı ilin yayında heyətinə qatmağı planlaşdırır.
Bellinqemin özü “Kral klubu”nu tərk etməyə tələsmir. Transfermarkt portalı onun dəyərini 160 milyon avro olaraq qiymətləndirir.
Xatırladaq ki, Bellinqem 2025-ci ilin yayından etibarən “Real”ın formasını geyinir. Futbolçunun klubla mövcud müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.