BAKI, 27 dekabr. TELEQRAF

“Mançester Yunayted” İngiltərə Premyer Liqasının 18-ci turu çərçivəsində doğma meydanda “Nyukasl”ı məğlub edib.

Teleqraf xəbər verir ki, “Old Trafford” stadionunda keçirilən qarşılaşma ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda yeganə qolu 24-cü dəqiqədə Patrik Dorgu vurub.

Bu qələbədən sonra “Mançester Yunayted”in xallarının sayı 29-a çatıb və komanda turnir cədvəlində 5-ci pilləyə yüksəlib. “Nyukasl” isə 23 xalla 11-ci yerdə qərarlaşıb.