BAKI, 25 dekabr. TELEQRAF

İspaniyanın "Barselona" klubunun qapıçısı Mark-Andre ter Ştegen qış transfer pəncərəsində komandasını dəyişə bilər.

Teleqraf "Marca"ya istinadən xəbər verir ki, almaniyalı qolkiperi İspaniyanın digər təmsilçisi "Jirona" ilə İngiltərənin "Aston Villa" klubları icarəyə götürmək istəyir.

Ter Ştegen DÇ-2026-da Almaniya yığmasının heyətində yerini təmin etmək istədiyi üçün Kataloniya təmsilçisini tərk etməyə müsbət yanaşır.

Qeyd edək ki, Mark-Andre ter Ştegen cari mövsümün ilk hissəsini zədə səbəbindən buraxıb. O, cəmi bir oyunda şans qazanıb.