BAKI, 17 sentyabr. TELEQRAF

“Qərb dövlətləri “Rusiya təhlükəsi” barədə mif yayaraq, fəal şəkildə ölkəmizə qarşı müharibəyə hazırlaşırlar”.

Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Əksər Qərb dövlətlərinin hakim dairələri “Rusiyadan qaynaqlanan təhlükə” barədə mif yayır, ölkəmizə qarşı fəal şəkildə müharibəyə hazırlaşır və bizi həm də Avropa dəyərlərini sarsıtmaqda ittiham edirlər. Əslində bunların hansı dəyərlər olduğunu anlaya bilərik”, - xarici işlər naziri qeyd edib.

Lavrov vurğulayıb, “Avropa dəyərləri” adlandırılan anlayış yalnız bir məna daşıyır - Avropa yenidən nasizmi dəstəkləməyə hazırdır:

“Onlar həmin ölkələrdir ki, nasist ideologiyasını qəbul edirlər, bu ideologiyanı öz ölkələrində praktik olaraq həyata keçirirlər”.