BAKI, 13 dekabr. TELEQRAF

Braziliya Futbol Federasiyası milli komandanın baş məşqçisi Karlo Ançelotti ilə müqavilənin uzadılması ilə bağlı danışıqlar aparır.

Teleqraf “Globo” nəşrinə istinadən xəbər verir ki, rəhbərlik 66 yaşlı italiyalı mütəxəssisin 2030-cu ilə qədər komandanın başında qalmasını istəyir.

Bildirilir ki, mövcud müqaviləyə əsasən Ançelottinin illik maaşı təxminən 10 milyon avro təşkil edir.

Yeni müqavilədə Braziliyanın 2026-cı il dünya çempionatını qazanacağı halda baş məşqçiyə 5 milyon avro məbləğində bonusun verilməsi nəzərdə tutulur.

Xatırladaq ki, Karlo Ançelotti 2025-ci ilin iyununda Braziliya milli komandasının baş məşqçisi təyin olunub.